İnnovasiya lideri Bakcell ilə birgə Beynəlxalq İKT-də Qızlar Gününə həsr olunmuş tədbir keçirildi

Beynəlxalq iKT-də Qızlar Günü
23 Aprel tarixində İnnovasiya lideri Bakcell ilə birgə akademiyamızda Beynəlxalq İKT-də Qızlar Günü münasibətilə gənc qızların texnologiya sahəsinə marağını artırmağa yönəlmiş xüsusi tədbir baş tutdu! Tədbir zamanı Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək şirkətin süni intellekt və innovasiya istiqamətində həyata keçirdiyi təşəbbüslərdən, eləcə də gənclər üçün yaratdığı inkişaf imkanlarından bəhs edib. Eləcə də Azərbaycan Mərkəzi Bankının Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi ilə interaktiv müzakirə sessiyası keçirilib. Həmçinin Süni intellekt üzrə məzmun mütəxəssisi Mirismayıl Ağalarov və Süni intellekt mühəndisi Ləman Əliyeva qonaqlar qarşısında çıxış ediblər. 🗣️ Sonda tədbir iştirakçılarına Bakcell tərəfindən xüsusi sertifikatlar təqdim olundu. Tədbirdə iştirak edən bütün qonaqlara təşəkkür edirik! 💙
Oxşar bloqlar

Gələcəyin Front-End developeri ol
Daha çox oxu
18 Fevralda Peerstack Academy və İnnovasiya lideri Bakcell ilə “The Tech Builders” layihəsi çərçivəsində ilk tədbir baş tutub!
Daha çox oxu