İSTİFADƏ ŞƏRTLƏRİ VƏ QAYDALARI

Bu sənəd "Peerstack Academy" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2008750901, hüquqi ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr., ev 113) tərəfindən idarə olunan Peerstack Academy veb platforması (bundan sonra "Platforma", "Peerstack Academy" və ya "Biz") vasitəsilə təqdim olunan veb-saytdan istifadə üçün tətbiq olunan şərtləri və qaydaları müəyyən edir.

  1. 1. Biz kimik və nə edirik?

    Peerstack Academy Full Stack, Front End, Back End, Software Engineering, Süni Zəka, Maşın Öyrənməsi, Verilənlər Elmi və sair texniki sahələri öyrənmək istəyən şəxslər üçün kodlaşdırma sahəsində tədris və təlimlər həyata keçirir. Keçirilən təlimlər layihə və praktika əsaslıdır. Təlimlər Qwasar Silicon Valley ilə əməkdaşlıq əsasında həyata keçirilir. Daha ətraflı məlumat üçün əlaqə vasitələri ilə əməkdaşlarımızla əlaqə yarada bilərsiniz.
  2. 2. Xidmətlərdən istifadə üçün necə müraciət etmək olar?

    İstifadəçi http://peerstack.tech/ veb-saytına daxil olduqdan sonra sağ yuxarıda və ya saytın müxtəlif səhifələrində yerləşən "Müraciət et" düyməsini seçir və müraciət səhifəsinə keçid edir. Açılan səhifədə, ad, soyad və əlaqə məlumatlarını (elektron poçt ünvanı və əlaqə nömrəsini) qeyd edərək aşağıdakı "Göndər" düyməsini seçir. Beləliklə ilkin müraciət ərizəsi sistemə daxil edilir.
    İstəyən şəxslər birbaşa olaraq əlaqə vasitələri ilə Peerstack Academy ilə əlaqəyə keçə və bu formada da müraciət edə bilər.
    2.1. Platforma vasitəsilə müraciət göndərən və ya Peerstack Academy ilə rəsmi kommunikasiya kanalları vasitəsilə əlaqə saxlayan şəxs müraciət və ya qeydiyyat prosesi zamanı könüllü şəkildə təqdim etdiyi əlaqə məlumatlarından Peerstack Academy tərəfindən istifadə olunmasına razılıq verir. Kommunikasiya elektron poçt, telefon zəngi, SMS, WhatsApp, tədris platforması və digər rəqəmsal kommunikasiya vasitələri ilə həyata keçirilə bilər. Bu kommunikasiyalar aşağıdakılar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq həyata keçirilə bilər:
    2.1.1. Müraciətin statusu barədə məlumatlandırma;
    2.1.2. Müsahibəyə dəvət;
    2.1.3. Təqaüd nəticələrinin bildirilməsi;
    2.1.4. Qəbul nəticələri;
    2.1.5. Qeydiyyatın təsdiqi;
    2.1.6. İlkin uyğunlaşma təlimatları (onboarding);
    2.1.7. Təhsil xidmətləri;
    2.1.8. Ödəniş bildirişləri;
    2.1.9. Dərs cədvəlləri və tədris məlumatları;
    2.1.10. Seminarlar və tədbirlər;
    2.1.11. Təhsil nəticələri və inkişaf;
    2.1.12. Məzuniyyət məlumatları;
    2.1.13. Texniki bildirişlər;
    2.1.14. İstifadəçi dəstəyi.
    2.2. Peerstack Academy istifadəçilərə yeni təhsil proqramları, təhsil xidmətləri, seminarlar, hakatonlar, təqaüd imkanları, tədbirlər, fəaliyyət hesabatları, bülletenlər və digər təhsil imkanları barədə məlumatlandırıcı kommunikasiyalar göndərə bilər. İstifadəçilər marketinq xarakterli elektron kommunikasiyalardan hər bir məktubda təqdim edilən unsubscribe funksiyası vasitəsilə və ya birbaşa Peerstack Academy ilə əlaqə saxlayaraq istənilən vaxt imtina edə bilərlər. Təhsil xidmətlərinin göstərilməsi üçün zəruri olan əməliyyat xarakterli kommunikasiyalar istifadəçinin marketinq kommunikasiyalarından imtina etməsindən asılı olmayaraq göndərilə bilər.
  3. 3. Xidmətlərdən istifadə üçün hansı şərtlər var?

    Nəzərinizə çatdırırıq ki, Peerstack Academy tədris prosesi zamanı Tələbələrlə müqavilə imzalayır. Həmin Müqavilə Tələbə və Peerstack Academy-nin hüquq və vəzifələrini, Tərəflərin məsuliyyətini və digər şərtləri müəyyən edir.
    3.1. Müraciətçilər qeydiyyat və ya qəbul prosesi zamanı təqdim etdikləri bütün məlumatların düzgün, tam və özlərinə aid olduğunu təsdiq edirlər. Əgər müraciət başqa bir şəxs, o cümlədən yetkinlik yaşına çatmamış şəxs adından təqdim edilirsə, müraciət edən şəxs həmin şəxsin məlumatlarını təqdim etmək və Peerstack Academy ilə əlaqə yaratmaq üçün qanuni səlahiyyətə malik olduğunu təsdiq edir.
  4. 4. Ödəniş və endirim şərtləri necədir?

    Qeyd edək ki, bir tədris ayı üzrə ödəniş 450,00 AZN təşkil edir. Müraciət edən şəxs müraciət əsasında imtahandan keçirilir. İmtahanın nəticəsinə əsasən Müraciət edən şəxsə müxtəlif həcmlərdə endirim tətbiq edilə bilər. Bu zaman tətbiq edilən endirim məbləği Neqsol Academy və sair tərəfdaşlar tərəfindən maliyyələşdirilir.
  5. 5. Məsuliyyətli kommunikasiya

    Peerstack Academy yalnız rəsmi internet səhifəsi, rəsmi kommunikasiya kanalları və ya qəbul prosesi vasitəsilə əlaqə məlumatlarını könüllü şəkildə təqdim etmiş şəxslərlə əlaqə saxlayır. Peerstack Academy üçüncü tərəflərdən elektron poçt ünvanları və ya kommunikasiya siyahıları satın almır, icarəyə götürmür və istifadə etmir. Biz məsuliyyətli kommunikasiya prinsiplərinə və qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etməyə sadiqik.
  6. 6. Əlaqə məlumatları və ünvan

    Daha ətraflı məlumat və ya digər sorğular üçün aşağıdakı vasitələrdən istifadə etməyinizi xahiş edirik:

    Ünvan - Hüseyn Cavid pr. 25, Azərbaycan Texniki Universiteti

    Əlaqə üçün - +994 (55) 250 88 87 / info@peerstack.tech

Son yenilənmə tarixi 31.07.2026

whatsapp-icon