MƏXFİLİK SİYASƏTİ

  1. 1. Əsas məlumatlar

    1.1. Peerstack Academy (bundan sonra "Biz") olaraq, istifadəçilərimizin fərdi məlumatlarının toplanmasını, işlənilməsini və həmin fərdi məlumatların mühafizəsini həyata keçiririk.
    1.2. Sizinlə bağlı toplanan bütün məlumatların yeganə idarəedicisi Bizik. Biz informasiyasının necə, nə məqsədlə və harada istifadə olunması ilə bağlı qərarları qəbul edir, kompleks olaraq xidmətlərin göstərilməsi məqsədilə həmin məlumatları informasiyaların data bazamızda saxlayır və təhlükəsizlik baxımından mühafizə edirik.
    1.3. "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Sizin fərdi məlumatlarınızın, istifadə tarixçənizin data bazamızdan silinməsini tələb etmək və digər hüquqlarınız vardır.
  2. 2. Haqqımızda

    2.1. Biz, istifadəçilərimizə Full Stack, Front End, Back End, Software Engineering, Süni Zəka, Maşın Öyrənməsi, Verilənlər Elmi və sair texniki sahələr üzrə kodlaşdırma dərslərini tədris edən tədris proqramı təqdim edirik.
    2.2. Bu xidmətlərin icrası Azərbaycan Texniki Universitetində Bizə ayrılan ərazidə həyata keçirilir.
    2.3. Veb-saytımızda müraciət edərkən İstifadəçilərə aid bəzi fərdi məlumatlar, bu siyasətdə nəzərdə tutulan məqsədlər üzrə tərəfimizdən toplanılaraq işlənilir və saxlanılır.
    2.4. Əgər bu Məxfilik Siyasəti ilə bağlı hər hansı sualınız yaranarsa, zəhmət olmasa, bizim müştəri xidmətləri ilə info@peerstack.tech (email) vasitəsilə əlaqə saxlayın.
  3. 3. Məxfilik Siyasətinə razılıq

    3.1. Siz bu Məxfilik Siyasətini qəbul etməklə, Bizim tərəfimizdən təqdim olunan xidmətlərdən istifadə zamanı fərdi məlumatlarınızın toplanmasına, emal olunmasına və saxlanılmasına açıq şəkildə razılıq vermiş olursunuz. Bu razılıq, həmçinin sizin təqdim etdiyiniz məlumatlardan xidmətin düzgün və effektiv icrası məqsədilə istifadə olunmasına da şamil olunur.
    3.1.1. İstifadəçi Platforma vasitəsilə müraciət göndərməklə və ya Peerstack Academy ilə rəsmi kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaqla könüllü şəkildə təqdim etdiyi əlaqə məlumatlarından (elektron poçt ünvanı, telefon nömrəsi, WhatsApp və digər əlaqə vasitələri daxil olmaqla) Peerstack Academy tərəfindən müraciət prosesinin idarə edilməsi, qəbul prosesi, təhsil xidmətlərinin göstərilməsi, müştəri dəstəyi, əməliyyat xarakterli bildirişlər və təhsil yönümlü məlumatlandırmalar məqsədilə istifadə olunmasına razılıq verdiyini təsdiq edir.
    3.2. Hüquqi öhdəliklərimizin və xidmət keyfiyyətimizin təmin edilməsi məqsədilə Biz aşağıdakı hallarda sizin fərdi məlumatlarınızdan istifadə edə bilərik:
    3.2.1. Veb-saytımızın idarə olunması və sizə təqdim etdiyimiz xidmətlərin fasiləsiz və funksional şəkildə işləməsinin təmin edilməsi;
    3.2.2. Xidmətin təkmilləşdirilməsi və istifadəçi təcrübəsinin artırılması məqsədilə statistik araşdırmalar və analitik təhlillərin aparılması;
    3.2.3. İstifadəçinin şəxsiyyətinin identifikasiyası və təhlükəsizlik məqsədilə məlumatların əldə edilməsinin zəruriliyi;
    3.2.4. Qanunvericiliklə müəyyən edilmiş hallarda və ya müvafiq dövlət orqanlarının tələbi əsasında məlumatların təqdim olunması.
    3.3. Bu Məxfilik Siyasəti yalnız Bizim tərəfimizdən toplanan məlumatlara şamil olunur. Fərdi məlumatlarınızı təqdim edərkən onların düzgünlüyünə görə məsuliyyət daşıyırsınız. Düzgün olmayan və ya natamam məlumatlar, məsələn, yanlış qeyd olunan e-poçt ünvanı, Bizim sizinlə effektiv əlaqə saxlamamıza mane ola bilər.
    3.4. Əgər məlumatların toplanması və emalı ilə bağlı siyasətimiz sizi qane etmirsə, siz razılığınızı geri götürmək hüququna maliksiniz. Razılığın geri götürülməsi, gələcək üçün hüquqi nəticə doğurur və əvvəlki emallara təsir göstərmir. Siz, həmçinin fərdi məlumatlarınızın hansı məqsədlə toplandığı, kimə ötürüldüyü və necə emal olunduğu barədə Bizdən məlumat tələb edə bilərsiniz. Əgər məlumatların qanunvericiliyə və razılaşdırılmış məqsədlərə zidd olaraq emal edildiyini düşünürsünüzsə, buna etiraz etmək hüququnuz var.
    3.5. Toplanmış fərdi məlumatlar yalnız Bizim təqdim etdiyimiz xidmətlərin həyata keçirilməsi və göstərilən məqsədlərin icrası müddətində saxlanılır. Müvafiq məqsədlər başa çatdıqda və ya məlumatların saxlanması üçün qanuni əsas qalmadıqda, istifadəçi öz hesabının və məlumatlarının silinməsini tələb edə bilər. Bu halda məlumatlar müvafiq qaydada silinir və ya məhv edilir.
    3.6. Siz bu Məxfilik Siyasətini qəbul etməklə, Azərbaycan Respublikasının "Fərdi məlumatlar haqqında" Qanununa uyğun olaraq fərdi məlumatlarınızın müəyyən edilmiş məqsədlər üzrə toplanılması, emalı, saxlanılması və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərə ötürülməsinə tam və məlumatlı razılıq verdiyinizi təsdiqləyirsiniz. Həmçinin, razılığınızı istənilən vaxt geri götürmək və fərdi məlumatlarınızın emalına dair əlavə məlumat almaq hüququna malik olduğunuzu qəbul edirsiniz.
  4. 4. Məxfilik Siyasətinin əhatə dairəsi

    Fərdi Məlumatların ümumi əhatə dairəsi:

    4.1. Fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;
    4.2. Şəxsi və əlaqə məlumatları – Xidmətlərimizdən istifadə edən və / və ya könüllü olaraq qeydiyyatdan keçən şəxslərin adı, soyadı, ata adı, təhsil məlumatları, ingilis dili səviyyəsi, doğum tarixi, CV-si, elektron poçt ünvanı, telefon nömrəsi və digər təqdim etdikləri məlumatlar tərəfimizdən toplanılır. Həmçinin, bu məlumatlardan əməliyyat xarakterli bildirişlərin göndərilməsi, təhsil xidmətləri barədə məlumatlandırma, təhsil yönümlü və / və ya fəaliyyətimizi, yeniliklərimizi və təkliflərimizi əks etdirən bülletenlərin, eləcə də xidmətlərimizlə bağlı digər məlumatlandırmaların rəqəmsal və ənənəvi kommunikasiya vasitələri ilə çatdırılması məqsədilə istifadə oluna bilər.
  5. 5. Fərdi məlumatların əldə edilməsinin xüsusi məqsədləri

    5.1. Biz fərdi məlumatlardan istifadəçi hesabının yaradılması və təhlükəsiz idarə olunması məqsədilə istifadə edirik;
    5.2. Fərdi məlumatlar hüquqpozmalara qarşı hüquq-mühafizə orqanlarına dəstək vermək üçün istifadə olunur;
    5.3. Həm daxili, həm də üçüncü tərəflər vasitəsilə məxfi şəkildə statistik təhlillərin və bazar araşdırmalarının aparılması və hazırlanması məqsədilə fərdi məlumatlar toplanır;
    5.4. Xidmətlərin və tətbiqdəki əməliyyatların idarə olunması və səmərəliliyinin artırılması üçün fərdi məlumatlardan istifadə edilir;
    5.5. Biz istifadəçilərlə effektiv kommunikasiya qurmaq, xidmətlərimizi və veb-saytımızı inkişaf etdirmək məqsədilə fərdi məlumatları işləyirik;
    5.6. Yeniliklər, yeni xidmətlər, yeni təhsil proqramları, təhsil xidmətləri, seminarlar, hakatonlar, təqaüd imkanları, tədbirlər, tədris materialları, fəaliyyət hesabatı və bülleteni, təkliflər və digər təhsil imkanları barədə istifadəçilərin məlumatlandırılması üçün fərdi məlumatlardan istifadə olunur;
    5.7. Zərurət yarandıqda yeni biznes fəaliyyətlərinin idarə olunması məqsədilə fərdi məlumatlar istifadə edilə bilər;
    5.8. Hüquqazidd əməliyyatların, dələduzluq və digər cinayətkarlıq fəaliyyətlərinin qarşısının alınması məqsədilə fərdi məlumatlar yoxlanılır və işlənilir;
    5.9. Biz istifadəçilərə tətbiqdən istifadə zamanı dəstək göstərmək, xəbərləri və digər vacib məlumatları çatdırmaq üçün fərdi məlumatların toplanması və işlənməsini həyata keçiririk.
    5.10. Biz istifadəçilər tərəfindən könüllü şəkildə təqdim edilmiş əlaqə məlumatlarından aşağıdakı məqsədlərlə elektron kommunikasiyada istifadə edə bilərik:
    5.10.1. müraciətin emalı;
    5.10.2. müsahibəyə dəvətlər;
    5.10.3. təqaüd nəticələrinin bildirilməsi;
    5.10.4. qəbul və qeydiyyat prosesinin həyata keçirilməsi;
    5.10.5. təhsil xidmətlərinin göstərilməsi və ilkin uyğunlaşma (onboarding);
    5.10.6. ödənişlər və digər inzibati məsələlərlə bağlı bildirişlər;
    5.10.7. dərs cədvəlləri, tədbirlər və tədris fəaliyyəti barədə məlumatlandırmalar;
    5.10.8. təhsil nəticələri, akademik irəliləyiş və məzuniyyətlə bağlı məlumatlar;
    5.10.9. istifadəçi dəstəyi;
    5.10.10. hesabın idarə olunması, texniki bildirişlər və təhlükəsizliklə bağlı məlumatlandırmalar.
    5.11. Biz istifadəçilərə yeni təhsil proqramları, seminarlar, hakatonlar, təqaüd imkanları, tədbirlər, tədris materialları, icma fəaliyyətləri və digər təhsil imkanları barədə elektron bülletenlər və məlumatlandırıcı məktublar göndərə bilər. İstifadəçilər marketinq xarakterli elektron məktublardan istənilən vaxt həmin məktubda təqdim edilən unsubscribe (abunəlikdən çıx) funksiyası vasitəsilə və ya birbaşa bizimlə əlaqə saxlayaraq imtina edə bilərlər. Təhsil xidmətlərinin göstərilməsi üçün zəruri olan əməliyyat xarakterli elektron bildirişlər isə istifadəçinin marketinq kommunikasiyalarından imtina etməsindən asılı olmayaraq göndərilə bilər.
    5.12. Biz yalnız rəsmi internet səhifəsi, rəsmi kommunikasiya kanalları və ya qeydiyyat prosesi vasitəsilə əlaqə məlumatlarını könüllü şəkildə təqdim etmiş şəxslərlə əlaqə saxlayırıq. Eyni zamanda üçüncü tərəflərdən elektron poçt siyahıları satın almırıq, icarəyə götürmürük və ya istifadə etmirik. Əlaqə məlumatlarının aktuallığını təmin etmək məqsədilə məlumat bazası mütəmadi olaraq yoxlanılır və etibarsız və ya istifadəyə yararsız əlaqə məlumatları uyğun hallarda bazadan çıxarılır. Elektron poçt çatdırılmasının keyfiyyətini qorumaq məqsədilə çatdırılmama halları (delivery failures), geri qayıtmalar (bounce) və şikayət göstəriciləri (complaint rates) izlənilir və zəruri tədbirlər görülür.
  6. 6. Fərdi Məlumatların ötürülməsi

    6.1. Bizə sizin tərəfinizdən və ya üçüncü şəxslər vasitəsilə təqdim olunan fərdi məlumatlarınız yüksək səviyyədə xidmət göstərilməsi məqsədilə istifadə olunur. Bu, texniki dəstək göstərilməsi, platforma və xidmətlər barədə məlumatların çatdırılması, sizinlə əlaqə saxlanılması, müraciətlərin cavablandırılması və digər xidmətlərin göstərilməsi üçün zəruri olan tədbirləri əhatə edir.
    6.2. Fərdi məlumatlarınız yalnız Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə tələb olunduğu hallarda müvafiq dövlət qurumlarına ötürülə bilər.
    6.3. Əgər qanun pozuntusu və ya təhlükəsizlik riskləri ilə bağlı şübhələr yaranarsa, qanunsuz fəaliyyətlərin qarşısını almaq və istifadəçilərimizin təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən fərdi məlumatları müvafiq hüquq-mühafizə orqanları ilə paylaşa bilərik.
  7. 7. Toplanılan məlumatların məhv edilməsi

    7.1. Xidmətlərimizdən istifadə etdikdən sonra fərdi məlumatlarınızın silinməsini tələb etmək hüququnuz vardır. Bunun üçün bizim məlumatların qorunması ilə əlaqədar yaradılmış elektron poçt ünvanımıza müraciət etməlisiniz. Müraciətiniz əsasında "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun 9.4-cü maddəsinə uyğun olaraq, sizinlə bağlı fərdi məlumatlar serverlərimizdən silinəcək.
    7.1.1. Hüquqi tələblər əsasında bəzi məlumatlarınız, həmin məlumatların saxlanmasına dair zərurətin hələ də qüvvədə olması əsası ilə sizin müraciətinizdən sonra silinməyə bilər.
    7.2. Əgər fərdi məlumatlarınızın təhlükəsizliyi ilə bağlı hər hansı şübhə və ya qüsur yaranarsa, biz ağlabatan bütün qabaqlayıcı və zəruri tədbirləri həyata keçirərək məlumatlarınızın mühafizəsini təmin edəcəyik.
  8. 8. Dəyişikliklər

    8.1. Biz Məxfilik Siyasətinə vaxtaşırı dəyişikliklər edə bilərik. Məxfilik Siyasətinin yeni forması veb-saytda yerləşdikdən sonra qüvvəyə minir.
    8.2. Məxfilik Siyasətinin yeni formasını dərc etdikdən sonra tətbiqdən davamlı istifadə etməyiniz həmin dəyişiklikləri qəbul etdiyiniz və onlarla razılaşdığınız anlamına gəlir. Əgər siz bu dəyişikliklərlə razılaşmırsınızsa, tətbiqə girişdən imtina etməli və xidmətlərdən istifadəni dayandırmalısınız.
  9. 9. Bizimlə necə əlaqə saxlamaq olar?

    9.1. Məxfilik Siyasəti ilə bağlı hər hansı sualınız və ya əlavə məlumat ehtiyacınız olduqda, bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Son yenilənmə tarixi 31.07.2026

whatsapp-icon