Peer-to-Peer metodologiyası ilə təhsil
Bu metodologiya öyrənmə və ya əməkdaşlıq prosesində iştirakçıların bir-birindən öyrəndiyi və bilik mübadiləsi apardığı yanaşmadır. Burada ənənəvi "müəllim–tələbə" modeli əvəzinə, tərəflər bərabər statusda olur.
Akademiyamızda Full Stack, Front-End və Back-End üzrə tədris proqramları mövcuddur. Qəbul prosesi 4 mərhələdən ibarətdir.
Addım 1
Peerstack Academy-ə qəbul peerstack.tech saytı, +994552508887 WhatsApp nömrəsinə yazaraq qeydiyyatdan keçərək aparılır. Daha sonra qeydiyyatdan keçən şəxslərlə əlaqə saxlanılır və müsahibəyə dəvət edilir.
Addım 2
Müsahibə mərhələsini uğurla keçən şəxslər imtahana dəvət alırlar. İmtahan oflayn şəkildə, akademiyanın kompüteri vasitəsilə keçirilir. Əldə olunan nəticə əsasında tələbə adı qazanmış şəxslərə 100%-dək təqaüd təyin olunur.
Addım 3
Tələbələr qəbul təklifini aldıqdan sonra, müqaviləni imzalayıb ödənişini edir və təhsilə başlayır. Seçdikləri tədris qrafikinə uyğun olaraq onlara dərslərin vaxtı təyin edilir. Tələbələrlə ilk dərs günü tanışlıq keçirilir və dərsə başlanılır.
Addım 4
Peerstack Studio çərçivəsində təhsil alan tələbələr üçün əməkdaşlıq edilən müxtəlif şirkət və startaplardan tələbələrin ödənişli layihələrdə iştirakı üçün fürsətlər yaradılır. Təhsili bitirdikdən sonra akademiya tərəfindən məzunların işə qəbul olmasında dəstək göstərilir.
Peerstack Academy-də istənilən səviyyədən başlayaraq Full Stack bacarıqlarını inkişaf etdir və peşəkar developer ol
*Qwasar platformasında strukturlaşdırılmış tədris (Modern Learning) modeli əsasən 3 strukturdan ibarətdir

Müasir dünyada uğurlu karyera qurmaq üçün yalnız texniki biliklər kifayət etmir. Həm hard skills — peşəkar və texniki bacarıqlar, həm də soft skills — ünsiyyət, komandada işləmək, problem həll etmə kimi şəxsi bacarıqlar inkişaf etdirilməlidir. Bu iki bacarığın balanslı şəkildə formalaşması insanın həm iş həyatında, həm də şəxsi inkişafında daha güclü və rəqabətədavamlı olmasına kömək edir.

Oyunlaşdırma (Gamification) — oyun mexanikalarının və elementlərinin (xal toplama, səviyyələr, mükafatlar, yarışma və s.) oyun olmayan mühitlərdə tətbiq edilməsidir. Təhsil və inkişaf prosesində oyunlaşdırma motivasiyanı artırır, iştirakçıların aktivliyini gücləndirir və öyrənməni daha maraqlı və interaktiv edir.

