Metodologiya
Peerstack Academy-də Silikon Vadisi
Peerstack Academy-də Silikon Vadisi. Təhsil prosesi Silikon Vadisi standartlarına uyğun, praktiki yönümlü, layihə əsaslı və "Peer-to-Peer" (tələbədən-tələbəyə) metodologiyası üzərində qurulub.
Bu yanaşma tələbələrə yalnız nəzəri biliklər deyil, eyni zamanda real iş mühitində tələb olunan praktiki bacarıqlar qazandırır.

Uğurun Formulu
Bu formula tələbələrimizə təkcə nəzəri biliklər deyil, həm də real biznes mühitləri üçün hazır praktiki bacarıqlar qazandırır.
60% Yumşaq bacarıqlar. Bu bacarıqlar proqramçını komandada effektiv edir: texniki biliklər işə qəbulda, yumşaq bacarıqlar isə inkişafda rol oynayır. Bu bacarıqlar həmçinin insanın ünsiyyət qurma, davranış, əməkdaşlıq və özünü idarə etmə ilə bağlı bacarıqlarıdır. Xüsusilə kommunikasiya tərəfdə çox önəmlidir.
Texniki bacarıqlar — proqramlaşdırma və texnologiya üzrə əsas biliklərdir. Kodlaşdırma – funksional və təmiz kod yazmaq. Vibe coding – real layihələr üzərində praktik inkişaf. Alqoritmik düşüncə – problemləri məntiqli addımlarla həll etmək. Problem solving – texniki çətinliklərə effektiv yanaşma.
Səni nə gözləyir? Peşəkar proqramlaşdırmanın sirləri!
Layihələr
Hər modulda 1 gündən 3 aya qədər davam edən bir sıra layihələr yerinə yetirilir. Bu layihələr müəyyən tələblər və məhdudiyyətlər əsasında real proqram təminatlarının hazırlanmasını əhatə edir. Məsələn, teqlər, icazələr və əsas istifadəçi interfeysi olan tapşırıq idarəetmə sistemi.
Məşqlər
Məşğələlər və tapşırıqlar. Hər həftə iştirakçılara tamamlamaq üçün 1-5 kodlaşdırma tapşırığı veriləcək. Bunlar proqram təminatımız vasitəsilə əlçatandır və kodunuz sürət və funksionallıq baxımından avtomatik olaraq qiymətləndirilir. Bu öyrənmə prosesinin bir hissəsidir. Kitabxanamızda minlərlə test nümunəsi olan 800-dən çox tapşırığımız var!
Rol oyunları
İş danışıqları, konfliktlərin həlli və texniki müsahibələr üçün rol oyunlarından istifadə edirik. İştirakçılar həm müsahibəçi, həm də namizəd rolunda çıxış edirlər. Bu ikitərəfli yanaşma proqramımızı fərqləndirir.
Oyunlaşdırma
Sistemimiz oyunlaşdırılıb. İştirakçılar "Qpoints" qazanır və xərcləyirlər. Kod nəzərdən keçirmələrində xal qazanır, layihələri təqdim edərkən isə Qpoints istifadə edirlər.
Özəlliklərimiz
Stukturlu öyrənmə yol xəritəsi
Layihə əsaslı:
Yerli və qlobal bazar tələblərinə uyğun proqram:ç
Peer-to-Peer öyrənmə:
Unikal mərkəzləşdirilmiş QWASAR onlayn platforması
Kurs sessiyaları
Gündəlik standaplar
Günlük standup görüşləri günə başlamaq üçün keçirilir. İştirakçılar son sessiyadan bəri əldə etdikləri irəliləyişləri bölüşür, qarşılaşdıqları çətinlikləri müzakirə edir və mümkün həll yolları üzərində birlikdə düşünürlər. Bu yanaşma qarşılıqlı dəstəyi və məqsədlərin aydınlığını gücləndirir. Proqram menecerləri tərəfindən idarə olunan bu görüşlərdə hər kəs öz yeniliklərini paylaşır və proses real sənaye təcrübələrinə uyğun şəkildə aparılır.
Canlı kodlaşdırma sessiyaları
Qrup sessiyasının bir hissəsi olaraq, iştirakçılardan biri proqramlaşdırma tapşırığını həll edir, düşünmə prosesini qrupla paylaşır və müzakirə üçün alternativ həll yollarını irəli sürür.
Həftənin texniki təqdimatı
Həftəlik sessiyalar texniki müsahibələrə hazırlıq məqsədilə, adətən layihələr çərçivəsində əhatə olunmayan, sənaye üçün aktual texniki mövzuları əhatə edir. Bu sessiyalarda fəaliyyətlər fərdi təqdimatlardan tutmuş, qrup şəklində “yeni texnologiya kanvası” iş vərəqlərinin doldurulmasına və ardınca qısa təqdimatların keçirilməsinə qədər müxtəlif formatlarda həyata keçirilir.
Kodlaşdırma üzrə kollaborativ vörkşoplar
Tələbələr kiçik qruplar şəklində, vaxtla məhdudlaşdırılmış unikal proqramlaşdırma tapşırıqları üzərində birgə çalışırlar. Əldə olunan nəticələr paylaşıldıqdan sonra, terminologiyanın möhkəmləndirilməsi və mümkün texniki müsahibə suallarına hazırlıq məqsədilə qısa “Skills Check” viktorinası təqdim olunur.
Mühəndislik üzrə keys stadilər
Proqramın tədris planına, öyrənmə məqsədlərinə və tələbələrin bilik səviyyəsinə uyğun müxtəlif mövzuları əhatə edən bir case study əvvəlcədən seçilir. Daha sonra biznes problemləri, məlumatların məxfiliyi (data privacy) və oxşar mövzular üzrə materiallar oxunur, təhlil edilir və müzakirə olunur. Bu proses iştirakçılar arasında əməkdaşlığı gücləndirir və fərqli baxış bucaqlarının formalaşmasına şərait yaradır.
Virtual kitabxana (tələb olunan tədris müddəti)
Virtual kitabxanamız fərdi görüşlər və ya fokuslanmış qrup müzakirələri üçün şəxsi breakout otaqları təqdim edir. İstər fərdi şəkildə, istərsə də qrup halında çalışarkən, qarşılıqlı hörmətə əsaslanan ünsiyyət və aktiv dinləmə əsas prioritetlər kimi qorunur.
Cütləşmiş proqramlaşdırma qrupları
KA əməkdaşlıq iş məkanı iki iştirakçının eyni layihə üzərində birgə çalışmasına imkan yaradır. Tərəfdaşlar ideyalarını asanlıqla paylaşır, problemləri birlikdə həll edir və bir-birinin proqramlaşdırma bacarıqlarından öyrənirlər.
21-ci əsrin proqram mühəndisliyi məktəbi hesab olunan, “Peerstack Academy”nin tərəfdaşlarından biri Qwasar Silicon Valley, 2019-cu ildə təsis edilmişdir. Silikon Vadisi əsaslı proqram mühəndisliyini öyrədən şirkət, həm də rəqabətli STEAM kateqoriyasında sayılıb-seçilən 12 nüfuzlu startaplardan biridir!

