Layihə idarəçiləri:

neqsol.pngtehsil.png
Ana səhifə
Bizimlə əlaqə

Ən çox soruşulan suallar

Sizin metodologiyanın ənənəvi IT təhsilindən fərqi nədir?

Ənənəvi IT tədris metodlarından fərqli olaraq, Peerstack Academy-də IT təhsili beynəlxalq təcrübədə uğur qazanmış “peer-to-peer” metodu ilə, Silicon Valley əsaslı şirkət olan Qwasar ilə əməkdaşlıq əsasında baş tutur. Bu metoda görə tələbələr IT-ni vahid platformada nəzərdə tutulan tapşırıqları birgə işləyərək, yəni bir-birlərinə bir sıra texniki proqramlaşdırma biliklərini aşılayaraq öyrənirlər.

Kurs bitdikdən sonra məzunlara nə kimi dəstək göstərirsiniz?

Proqram bitdikdən sonra biz məzunlarımızla mənəvi olaraq sağollaşmırıq. Onlar məzun olduqdan sonra mövcud IT icmamıza giriş, böyük şirkətlərdə iş fürsəti, IT intervyularına hazırlıq və şəbəkəmizə çıxış əldə edirlər.

Müraciət prosesi neçə mərhələdən ibarətdir?

Peerstack-də hər hansı proqrama müraciət 2 mərhələdən ibarətdir. 1- Siz mövcud proqrama qeydiyyat üçün veb-saytımızda olan Müraciət formunu doldurursunuz. 2- Müraciət formunu uğurla keçsəniz, İntervyu mərhələsinə dəvət olunursunuz. İntervyu mərhələsini uğurla başa vuran namizədlər proqramda təhsil haqqı əldə edirlər!

IT üzrə təcrübə seçilmək üçün mütləqdir?

Xeyr, proqrama seçilmək üçün IT sahəsindən olmağınız şərt deyil. Bütün sahələrdən individuallar IT öyrənməyə motivasiya və məsuliyyət göstərərək proqramlarımıza müraciət edə bilərlər.

Bir proqramı öyrənmək üçün nə qədər modul götürməliyəm?

Bir proqramı tamamilə əhatə etmək üçün bir neçə modul götürmək lazım gələ bilər. Peerstack bu barədə sizə limitləmə etmir. Məsələn, siz “Full Stack Development” proqramına qoşulmusunuzsa, X il ərzində onun bütün modullarını öyrənib proqramçı ola və ya yalnız bir neçə modulunu öyrənməklə kifayətlənə bilərsiniz.

Sertifikasiya varmı? Yalnız yerli sertifikatdır?

Bəli, var. Məzun tələbələr 2 ədəd akreditasiyalı sertifikat əldə edirlər: Peerstack Academy tərəfindən sertifikat, digəri isə tərəfdaşımız Qwasar şirkəti tərəfindən kursun uğurla başa çatması ilə bağlı sertifikat.

Peer-to-Peer modeli nədir?

“Peer-to-peer” son dövrlərdə məşhurlaşmış, birgə öyrənmə məntiqinə dayanan öyrənmə metodur. Bu metoda görə praktiki olaraq hər hansı tapşırığı tələbə yoldaşına öyrədərək və ondan öyrənərək tamamlamaq IT təhsilində uğura aparır.

Şirkət

Xəbərlər

Qeydiyyatdan keç və e-poçt vasitəsilə ən son xəbərləri al

info@peerstack.tech+99451 240 16 97

H. Cavid prospekti 25, Bakı, Azərbaycan AZ1073 Azərbaycan Texniki Universiteti

logo
instagramfacebook

© 2024 Peerstack. Bütün haqları qorunur.

whatsapp-icon